Xəbər - Samir Əli – Trend:
Bakı şəhəri və Abşeron rayonu ərazisində “Kənddən Şəhərə” Novruz
yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yarmarkalar 12-19 mart
tarixlərində keçiriləcək. Yarmarkalarda iştirak etmək üçün
fermerlər dəvət olunur.
Məlumatda bildirilir ki, fermerlər heç bir ödəniş etmədən
piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz
məhsullarını şəhər sakinlərinə təqdim edə biləcəklər.