Xəbər - Samir Əli – Trend:
Bakı və Abşeronda istifadəsinə icazə verilən çimərliklər açıqlanıb.
AzerTimes-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin “Ekspert saatı” verilişində deyib ki, Azərbaycanda çimərliklərdə monitorinqlər davam etdirilir.
O bildirib ki, ETSN Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə monitorinq aparır: “Monitorinqlər hər 15 gündən bir davam etdiriləcək. Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər. Digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir. İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.