Bakı və Abşeronda 2 gün tozlu hava müşahidə olunacaq

Xəbər - Samir Əli – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında havada toz dumanı müşahidə olunması barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova AzerTimes-a bildirib ki, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur:

“Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.


G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Teqlər: