Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub.
AzerTimes-ın məlumatına görə, paytaxt üzrə yoluxanların 15,0 faizi Binəqədidədir. 13,1 faizi isə Xətai, 12,2 faizi Yasamal rayonunun payına düşür.
Yoluxma hallarının 10,7 faizi Sabunçu, 7,9 faizi isə Nəsimi və Narimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5,0 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.