Bakı trasının unikallığı pilotlar qarşısında maraqlı tapşırıqlar qoyur – “McLaren” pilotu

Xəbər - Zeyni Cəfərov – Trend:

Bakıdakı yarış trası özü-özlüyündə unikaldır, yolun düz uzun hissələri və ləng döngələrinin birləşməsi isə iştirakçıların qarşısında maraqlı və çətin tapşırıqlar qoyur.

Trend-in məlumatına görə, bunu “McLaren” Formula 1 komandasının pilotu Lando Norris deyib.

Onun sözlərinə görə, Bakıdakı yarışları proqnozlaşdırmaq çətindir, ona görə də yarış vaxtı yarana biləcək bütün imkanlara hazır olmaq lazımdır:


“Rəqiblər əllərindən gələni edəcək, mübarizə kəskin və gərgin keçsin. Biz maşının potensialını tam şəkildə açmalıyıq və eyni zamanda xoşagəlməz hadisələrdən qaçmalıyıq, çünki Bakı trasında digər şəhər traslarında olduğu kimi, səhvlərə yer yoxdur”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: