Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunda ilk test sürüşü olub. Rabitə, Dənizçilik və Nəqliyyat naziri Əhməd Arslan Tiflis-Qars istiqamətindəki test sürüşünə qatılıb.
Onu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gakharia və Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov da müşayiət edib.
Arslan qatarda jurnalistlərin suallarına cavab verib. O, üç ölkənin gerçəkləşdirdiyi bu layihənin iqtisadi və sosial münasibətlərin inkişafında çox önəmli olduğunu bildirib.
“19 iyuldan başalayan hissə-hissəlik səyahətimizdə çatışmazlıqların aradan qaldırıldığını görürük. Layihənin bu mərhələyə gəlməsində iştirakı olan digər nazirlərə də təşəkkür edirəm. Demək olar ki, bir röya, bir tarixi hadisəni gerçəkləşdirdiniz. Xəyal kimi görünən layihədə bu mərhələyə gəlib çata bildik”.
Onun sözlərinə görə, adıçəkilən xətlə ilk mərhələdə 1, sonra isə 6,5 milyon sərnişin daşınması nəzərdə tutulub. İlk mərhələdə 3,5-4 milyon ton olan yükdaşımaçılığı isə, sonradan 20 milyon tona kimi artacaq.
Nazir səfər zamanı Axalkələk stansiyasını da ziyarət edib.