Bakı-Tiflis-Qars işləri yekunlaşır

Bakı-Tiflis-Qars işləri yekunlaşır

Gürcüstanda səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib ki, Bakı-Tiflis-Qars dəmiryolu başa çatmaq üzrədir. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən yol sona yaxınlaşıb.

“Bu strateji yol regionun taleyini dəyişdirəcək. Bakı-Tiflis-Qars dəmiryolu faktiki olaraq “İpək yolu”nun bir hissəsidir”, – deyə baş nazir bildirib.

BTQ layihəsi ideyası üzərində Azərbaycan, Türkiyə və Gürcüstan hələ 1990-cı illərin əvvəllərindən işləməyə başlayıblar.

Amma Qərb bu layihənin həyata keçilməsinin qarşısını almağa çalışır, müxtəlif bəyanatlar verir.

Hətta ABŞ-da qanun qəbul olunub ki, Amerika şirkətləri Bakı-Tiflis-Qars dəmiryolu layihəsini maliyyələşdirə bilməz.

Bəs niyə ABŞ, Qərb və digər region ölkələri, Rusiya politoloqları bu magistral yoldan narahatdırlar?
Görünür, məsələ burasındadır ki, yeni dəmiryolu geniş əraziləri əhatə edəcək və bu, Azərbaycan da daxil olmaqla bir sıra region ölkələrinə böyük dividentlər qazandıracaq. Bu isə onları narahat edir.