Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 49,5 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9,4 faiz artıb.
Yanvar-avqust aylarında Azərbaycanın magistral kəmərləri ilə 22,634 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)