Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb

Xəbər - Ləman Zeynalova – Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 502 milyon tondan çox (3,77 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4939 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Trend bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

2021-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 280 tankerə yüklənib və yola salınıb. 2020-ci ildə bu göstərici 211 milyon barel təşkil etmişdi. Beləliklə, BTC ilıə neft ixracı il ərzində 5,21 faiz azalıb.

Qeyd edək ki, 1768 km uzunluğunda olan BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: