Bakı Taksi Xidmətinə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır

Bakı Taksi Xidmətinin infrastrukturu və avtomobil parkına özəl investisiyaların cəlb edilməsi planlaşdırılır.

AzerTimes-ın məlumatına görə, bunu “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” seminarında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

“Taksi xidməti sahəsində özəl şirkətlərinin səmərəli fəaliyyətini nəzərə alaraq şəhərimizin simvollarından birinə çevrilən, dövlətə məxsus təsərrüfat subyekti olan “Bakı Taksi Xidməti”nin şəffaflaşdırılması, rentabelliyinin artırılması və dövlət əmlakından səmərəli istifadənin yüksəldilməsi məqsədilə ilə dövlət-özəl əməkdaşlığı layihəsinə başlamışıq.

Bakı Taksi Xidmətinin infrastrukturu və avtomobil parkına özəl investisiyaların cəlb edilməsi vasitəsilə kadrların və call center xidmətinin səviyyəsinin artırılması, xidmətin ən nümunəvi taksi xidmətlərindən birinə çevrilməsi bu əməkdaşlıqda əsas hədəfimizdir”, – nazirlik rəsmisi vurğulayıb.

Teqlər: