Bakı Taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Gələn il Bakıda Taekvondo üzrə dünya çempionatı keçiriləcək.

AzerTimes-ın TurkicWorld-a
istinadən məlumatına görə, bunu Dünya Taekvondo Federasiyasının
prezidenti Çungvon Çu deyib.

O qeyd edib ki, Lozannada Dünya Taekvondo üzrə hakim şuranın
keçirdiyi növbədənkənar iclasda Azərbaycan paytaxtının çempionata
ev sahibliyi etməsi barədə qərar qəbul edilib.

“Biz Bakını 2023-cü il Dünya Taekvondo Çempionatına ev sahibliyi
edəcəyi münasibətilə təbrik edirik və əminik ki, onlar bütün
təcrübələri ilə 50 illik yubileyimizi qeyd etmək üçün möhtəşəm
tədbir təşkil edəcəklər”, – deyə Federasiya prezidenti
bildirib.

Xatırladaq ki, Bakı son illər bir sıra böyük idman tədbirlərinə,
o cümlədən 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi
edib.

Teqlər: