Bakı-Şuşa və Bakı-Ağdam avtobus marşurutlarının istifadəyə verilmə tarixi və qiymətlər açıqlandı

Xəbər - Elçin Mehdiyev – Trend:

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzən avtobus marşurutları istifadəyə veriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması” ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Bakı-Şuşa-Bakı marşurutunun birtərəfli qiyməti 10.40 AZN, Bakı-Ağdam-Bakı marşurutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək.

A.Rzayev əlavə edib ki, həmçinin 24 yanvar tarixdən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşurutlar açılaccaq.

Teqlər: