Bakı-Supsa kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin yanvar-avqust aylarında Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin həcmi 2,87 milyon tondan çox olub.

Bunu AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, nəql olunan bütün neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb.

İ.Əhmədov əlavə edib ki, Bakı-Supsa boru kəmərinin istismarı müddətində 97 milyon ton Azərbaycan nefti nəql olunub.


Qeyd edək ki, Bakı-Supsa neft kəməri 1999-ci il aprelin 17-də istismara verilib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: