Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu
üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə
tutulub.
Bu barədə
Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik
şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.