Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu üzrə may ayının pensiyaları qrafikdən əvvəl
ödənilərək yekunlaşıb.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə
müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar,
həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin
pensiyaları da ödəniləcək.