Xəbər - Humay Ağacanova – Trend:
Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ
vasitəsilə həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi
İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, digər bölgələrdə yerdəyişmə açıq şəkildə
olacaq.
“Bu ildən etibarən ucqar kənd yerlərində 3 ildən çox fasiləsiz
işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox
işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına
vurularaq hesablanacaq”, – deyə o bildirib.