Xəbər - Fərid Zöhrabov – Trend:
Yeni tədris ili başlayandan Bakı-Sumqayıt sürət qatarında sərnişin sıxlığı yaşanır. Sıxlığın aradan qaldırılması üçün qatarlar arasında interval azaldıla bilərmi?
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, tədris ili yeni başlayıb: “Hazırda monitorinq qrupları tərəfindən müşahidə aparılır. Sərnişin sıxlığı artarsa, onun aradan qaldırılması istiqamətində tədbirlər görüləcək”.