Bakı-Sumqayıt qatarlarının ləğv edilmiş reysləri bərpa olunur

Bakı-Sumqayıt qatarlarının ləğv edilmiş reysləri bərpa olunur

Noyabrın 25-dən Azərbaycan Dəmir Yolları QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

AzerTimes xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:

– Bakıdan saat 08:10, 17:50 və 19:05,

– Sumqayıtdan saat 07:20,

– Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Teqlər: