Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakı-Sumqayıt-Bakı elektrik qatarları 5 mart (şənbə günü)
tarixində iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin
qrafikinə uyğun fəaliyyət göstərəcək.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir
Yolları” ASC-dən (ADY) bildirilib.


Xatırladaq ki, Nazirlər Kabineti ötən gün “İş və istirahət
günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara
əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək
məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri
dəyişdirilib.

Teqlər: