Xəbər - Samir Əli – Trend:
Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi
qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Karantin qaydalarına əməl etməyən sərnişinlər Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.