Bakı-Sumqayıt avtobuslarının intervalı…

Bakı-Sumqayıt avtobuslarının intervalı…

Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobuslar arasındakı intervalın 5 dəqiqə təşkil etməsi gözlənilir.

AzerTimes xəbər verir ki, bunu Repoart-a müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, hazırda Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir:

“Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1 800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minədək ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq. AYNA tərəfindən aparılan son təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir”.

Teqlər: