Bakı Slavyan Universitetinin müəllim və tələbəsinin növbəti uğuru

Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müəllimi, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Nurlan Məmmədov və Azərbaycan filologiyası fakültəsinin III tədris ili tələbəsi Əli Nağızadə Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış layihə çərçivəsində “Proqramlaşdırmanın əsasları” üzrə təşkil olunan 3 aylıq kursu yüksək göstəricilərlə başa vurublar.

Qeyd etmək lazımdır ki,Azərbaycan Respublikası Təhsil Nazirliyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə bir çox istiqamətlər üzrə müraciət edib və müsabiqədən keçən gənclərə yeni biliklər verərək onların peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün silsilə təlimlər həyata keçirir.


“Proqramlaşdırmanın əsasları” təlimini C dilində proqramlaşdırma üzrə müvəffəqiyyətlə başa vurmalarını təsdiq edən sertifikatları Nurlan Məmmədova və Əli Nağızadəyə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Nigar Nəsrullayeva təqdim edib və onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Teqlər: