2021-ci ildə qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il yanvar ayının 5-də imzaladığı müvafiq Sərəncama əsasən, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.
Hazırda bu Sərəncama uyğun olaraq respublikamızda və dünyanın bir çox xarici ölkələrində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan müxtəlif tədbirlər həyata keçirilir. Aprelin 13-də Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və Pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində onlayn formada keçirilən “Nizami Gəncəvinin əsərlərində qadın obrazları” adlı ədəbi-musiqili tədbir də dövlət başçımızın yuxarıda qeyd etdiyimiz Sərəncamına müvafiq olaraq reallaşıb. “Microsoft Teams” platforması vasitəsilə keçirilən tədbirdə BSU-nun prorektorları, fakültə dekanları,dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər müvafiq struktur bölmələrin məsul şəxsləri, professor-müəllim heyətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Ədəbi-musiqili tədbirdə Pedaqoji fakültənin Rus dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin 201-ci qrup tələbələri Aysel Hüseynzadə, Ləman Behbudlu, Aytac Bağırova, Sevinc Abdullayeva, I tədris ilinin 102-ci qrup tələbəsi Səriyyə Məmmədova, 103-cü qrup tələbələri Aydan Şahverdiyeva, Ayşən Əliyeva, Şəhanə Məmmədova, 105-ci qrup tələbəsi Cəmilə Rüstəmova, 106-cı qrup tələbələri Pünhanə Hüseynova, Səma Abbaszadə, Əminə Dərzili Azərbaycan xalqının dünya şöhrətli şairi Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Tələbələrin çıxışları maraqla qarşılanıb. Tədbirdə həmçinin böyük şairin əsərləri əsasında bəstələnmiş mahnı və romanslar səsləndirib.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov,elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Pedaqoji fakültənin dekanı vəzifəsini icra edən, dosent Şərqiyyə Həsənova, Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Mehriban Hüseynova, həmin kafedranın dosenti Mehri Axunodva, baş müəllimi Ərkinaz Məmmədhəsənzadə tələbə-gənclərin çıxışlarını yüksək qiymətləndirərək onlara təhsildə və sosial fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıblar.