Bu ilin mart ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə
241 517 şəxs 421 949 dəfə müraciət edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşlara
göstərilən tibbi xidmətlərin sayı isə 893 084 olub. Bu, ölkə üzrə
qeydə alınan bütün müraciət sayının 38 %-ni və tibbi xidmət sayının
37 %-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu
təqdim edirik:
– Bakı Baş Səhiyyə Mərkəzi, Kliniki Tibb Mərkəz, Nərimanov Tibb
Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik
Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Y.Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər
Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər
Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzi.
Cari ilin mart ayında 63 şəhər və rayon üzrə dövlət tibb
müəssisələrinə 411 993 şəxs 677 539 dəfə müraciət edib.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 504 333 olub.
Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 62 %-ni və tibbi
xidmət sayının 63 %-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu
təqdim edirik:
“Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası,
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Quba, Xaçmaz, Yevlax,
Abşeron, Zaqatala və Şəmkir rayon mərkəzi xəstəxanaları”
İlk üç ay ərzində 4 445 nəfər icbari tibbi sığorta çərçivəsində
özəl tibb müəssisələrində xidmət alıb
2022-ci ilin yanvar-mart ayları ərzində TƏBİB-in tabeliyindəki
dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və
xidmətlərlə bağlı özəl tibb müəssisələrinə 4 445 şəxs
yönləndirilib. Onlardan 215 nəfərini uşaqlar təşkil edir. Belə ki,
1 792 pasiyentə angioqrafiya xidmətləri göstərilib. Həmçinin 1 167
nəfər ürək-damar cərrahiyyəsi, 703 nəfər oftalmologiya, 231 nəfər
urologiya, 193 nəfər nevrologiya/neyrocərrahiyyə, 95 nəfər digər
sahələr, 60 nəfər travmatologiya, 47 nəfər ümumi cərrahiyə, 21
nəfər LOR, 6 nəfər ginekologiya və doğuş üzrə əməliyyat olunub.
Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatı keçirən
pasiyentlərin sayı isə müvafiq olaraq 31 nəfər və 99 nəfərdir.
Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb
müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların
elektron reyestrdə qeydiyyatı davam edir.