Bakı Şəhər Təhsil İdarəsində vətəndaş qəbulu dayandırılıb

Xəbər - Humay Ağacanova – Trend:

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2022-ci ilin yanvarın 1-dək vətəndaşların qəbulunu dayandırıb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Çağrı Mərkəzi (146-0) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected] rəsmi elektron poçt ünvanına və Təhsil Nazirliyinin portal.edu.az saytına müraciət edə bilərlər. BŞTİ tərəfindən videoqəbul formatında həyata keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) zəng etməklə və ya İdarənin saytındakı müvafiq bölməyə (https://baku.edu.gov.az/az/page/50) daxil olmaqla məlumat ala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları poçtla göndərə və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Teqlər: