Bakı sakini oğurlandı: buraxılmasına 500 manat istədilər

Bakı sakini oğurlandı: buraxılmasına 500 manat istədilər

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Teqlər: