Xəbər - Çingiz Səfərli – Trend:
Qəbələ rayonu, Zarağan kəndində fəaliyyət göstərən Nəbiyev Arzu Zeynal oğluna məxsus “Bakı” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərindən azı 80%-nin COVID-19 pasportunun olması tələb olunmasına baxmayaraq müəssisədə çalışan işçilərdən 70%-nin COVID-19 pasportuna malik olduğu, sıxlıq normalarının gözlənilmədiyi, masaların üzərində və müəssisənin giriş hissəsində dezinfeksiyaedici vasitə yerləşdirilmədiyi, sıxlıq normalarına dair lövhənin olmadığı, məsul şəxsin təyin edilmədiyi, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.