Azərbaycanda kiçik zavodlar vahid brend altında birləşdirilə bilər ki, bu da Rusiyaya lazımi həcmdə ədviyyat tədarükünü təmin edər, lazım gələrsə, Rusiyadan gedən istənilən iri istehsalçını əvəzləyər.
AzerTimes xəbər verir ki, bu barədə azərbaycanlı iqtisadçı Natiq Cəfərli Amerikanın “Kamis” ədviyyat brendinin sahibi “Mc.Cormick & Co. Inc.” şirkətinin Rusiya bazarını tərk edəcəyi barədə məlumatı şərh edərkən bildirib.
“Yalnız sınaqdan keçirməyənlər Azərbaycan ədviyyatlarının keyfiyyətindən xəbərsizdirlər. Amma təəssüf ki, hazırda ölkədə Rusiya tərəfi ilə bu malların tədarükünü razılaşdıra bilən müəssisə yoxdur. Rusiya nəhəng bazardır. Dövlət dəstəyi ilə ədviyyat istehsalı üzrə mövcud kiçik zavodlar ölkədə vahid brend altında birləşdirilə bilər ki, bu da Rusiyaya lazımi həcmdə məhsul tədarük etməyə imkan verər. Bu məsələ artıq nəzərdən keçirilir”, – Cəfərli bildirib.
Onun sözlərinə görə, rus istehlakçısı ədviyyat tədarük edən Amerika şirkətinin bazarları tərk etməsindən heç nə itirməyəcək:
“Yaxın vaxtlarda bu boşluqları Hindistan və Çinin iri firmaları tutacaq. Və bir az sonra sıx iqtisadi əlaqələrimizi nəzərə alaraq, Azərbaycan ədviyyatları da Rusiya mağazalarının rəflərində görünəcək. Təbii ki, Amerika firmasının Rusiya bazarını tərk etdikdən sonra orada yaranan boşluqları hər kəs doldurmaqda maraqlıdır”.