Bakı Rusiya və Ukrayna prezidentləri arasında danışıqların
keçirilməsi üçün ideal məkan ola bilər.
Bunu AzerTimes-a Qırğızıstan siyasi xadimi Coomart Otorbayev
deyib.
“Rus atalar sözündə deyilir: “Pis sülh yaxşı müharibədən
yaxşıdır”, ona görə də tərəflər hərbi əməliyyatların dayandırılması
üçün aktiv dialoqa başlamalıdır. Bu barədə bir çoxları, o cümlədən
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fikir bildirir. Mən bunu tam
dəstəkləyirəm. Atəşin və qan tökülməsinin dayandırılması məsələləri
ilə məşğul olmaq, dialoqa başlamaq lazımdır”, – deyə o
bildirib.
Siyasətçi hesab edir ki, Azərbaycan məhz moderator mövqeyində
olmalıdır.
“Yadımdadır, danışıqların keçirilməsi yeri müzakirə olunarkən
Bakı ideal məkan kimi nəzərdən keçirilirdi, bu gün də bu cür qəbul
olunur. Bu, Azərbaycan rəhbərliyinin ağıllı siyasəti, vəziyyəti
anlaması sayəsində olub. Bu, yeganə düzgün mövqedir. Bu mövqeyi
ortaya qoyan Mərkəzi Asiya ölkələri də real danışıqlara başlamağa
çağırır. Yalnız bu şəkildə etimadın bərpasına başlamaq olar. Bu
məsələdə Azərbaycanın çoxvektorlu siyasəti nümunəvidir. Azərbaycan
çox da sadə olmayan coğrafi regionda yerləşsə də, şüurlu
müzakirələrin keçirilməsi üçün mexanizmlər tapır. Bütün bunlar ölkə
vətədanşlarının həyatının yaxşılaşdırılması, ölkənin uğurlu
gələcəyə, əməkdaşlığa və inkişafa irəliləməsi üçün edilir”, –
C.Otorbayev deyib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)