
Bakı rus diplomatlarına həbs olunmuş rusiyalıları ziyarət etməyə icazə verib.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O bildirib ki, Rusiya bu yaxınlarda Azərbaycanda həbs olunmuş 11 vətəndaşı ilə konsulluq vasitəsilə əlaqə yaradıb:
“Həbs olunmuş ruslar məsələsi Azərbaycan istiqamətində aparılan işlərin əsas prioritetlərindən biridir”.

