Bakı – Quba yolunda ağır qəza

Bakı – Quba yolunda ağır qəza

Bakı – Quba yolunun Xızı rayonunun Meşədihəsənli kəndi ərazisindən keçən hissəsində bir ailə qəzaya iğrayıb. Qubanın Amsar kənd sakini Cahid Cavid oğlu Babayev idarə etdiyi Vaz-21.10 markalı avtomobillə Bakıdan Quba istiqamətinə gedərkən əvvəlcə qarşıda gedən KAMAZ-a arxadan çırpılıb sonra isə yolun sol hissəsindəki təhlükəsizlik səddinə girib.

Nəticədə VAZ 2110-un sürücüsü Cahid Babayev,onun anası, 45 yaşlı Əsli Nəcəf qızı Babayeva və ailənin qohumu, Quba şəhər sakini Güləş Məcid oğlu Almazov və daha bir sərnişin müxtəlif xəsarətlərlə Su mqayıt travmatologiya xəstəxanasına çatdırılıblar. Yaralılardan 3-nün vəziyyəti ağırdır, adı dəqiqləşməyən bir yaralı isə ambulator müalicəyə göndərilib.

Xızı ərazisində qəzaya düşən 1 ailənin üzvləri Bakıdan xəstə yanından gəlirlərmiş. Qəza hadisəsinin başvermə səbəbini BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırır.