Bakı-Quba-Rusiya yolundakı körpü bərpa edildi

Bakı-Quba-Rusiya yolundakı körpü bərpa edildi

M1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən Qusarçay üzərindəki avtomobil körpüsü bərpa edilib.

Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.

“Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işləri aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınıb.

Teqlər: