Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət
sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış
keçirib.
AAYDA-dan AzerTimes-a bildirilib ki, Agentliyin İdarə heyətinin
sədri Saleh Məmmədov tikinti-bərpa işləri ilə yerindəcə tanış olub,
işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması
ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən
başlayaraq Bakı şəhəri istiqamətində aparılır.