Leysan nəticəsində sel sularının artması Bakı-Qazax yolunun üzərindən keçən körpü üçün təhlükəli vəziyyət yaradıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, yağan aramsız yağışlar nəticəsində Türyançayın Ağdaşın Ləki kəndindən keçən hissəsində suyun səviyyəsi normadan artıq qalxıb.
Hazırda çayda suyun səviyyəsi artmaqda davam edir və suyun ərazisi çay boyu ərazilərdə durmadan genişlənir.