Goranboy rayonunda (Bakı-Qazax avtomobil yolunun 317-ci kilometrliyi) “Hunday” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda 30 m² sahədə kol-kos və 30 ədəd ağac yanıb.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.