Ermənistan KTMT-nin tərkibindən çıxacaq vəziyyətdə deyil. Yeri gəlmişkən, Paşinyan sonuncu bəyanatında da buna eyham vuraraq bildirdi ki, rusların burada (Ermənistanda – red.) öz yeri var. Ermənistanın Gümrü, Mehri, Armavir və Artaşed şəhərlərində yerləşən 4 rus hərbi bazasından əlavə, Rusiyanın dörd min sərhədçisi də Ermənsitanda yerləşir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Artamonov Rusiyanın “Birinci kanal”ında yayımlanan “Kuklalar Tuttinin davamçılarıdır” proqramının “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı buraxılışında deyib.
“KTMT sərhədlərini bizim sərhədçilərimiz qoruyur. Zəngəzur (Sünik) rayonunda yerləşən Qaragöldə sərhədlərin demarkasiyası aparılmayıb. Hətta ən tənbəl və ən sülhpərvər azərbaycanlı siyasətçi belə bildirir ki, Zəngəzurun ermənilərin nəzarətində olan hissəsində altı yaşayış məskəni Azərbaycana məxsusdur. İndi sual ondadır ki, KTMT bu altı yaşayış məskənini necə qoruyacaq”, – o bildirib.
Qeyd edək ki, verilişdə Nikol Paşinyanın ünvanına işlədilən kəskin ifadələrə görə Ermənistan Rusiyaya nota təqdim edib.