Bakı Qarabağ erməniləri üçün buna hazırdır

Bakı Qarabağ erməniləri üçün buna hazırdır

Azərbaycan danışıqlar masası arxasında Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Mən eşitməmişəm ki, danışıqlar masasında Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən danışmaqdan imtina etsin. Digər tərəfdən, mən razıyam ki, Azərbaycan nümayəndələrinin ictimai bəyanatlarından bu istiqamətdə hazır olduqları nəticəsini çıxarmaq olmur. Qarabağda belə fikirlər səslənir ki, Bakı ilə bu mövzunun müzakirəsi aparılmır, açığı bu iddialar mənim üçün anlaşılmazdır. Amma Qarabağda dialoqun zəruriliyi ilə bağlı fikirlər də mövcuddur”, – o bildirib.

Teqlər: