Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, Elvin Rəhimovun idarə etdiyi “Mersedes” markalı avtomobil işıqforda dayanmış sürücü Elcan Əhmədovun idarə etdiyi “Daevoo” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə birincidə olan iki sərnişin – rayon sakinləri Qurbanov Fəqan Fərhad oğlu və Mahmudov Amil Ramal oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.