Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə Bakı Olimpiya Stadionunun üzərinə qardaş ölkənin bayrağı proyeksiya olunub.
Trend xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı öz rəsmi Twitter səhifəsində bununla bağlı paylaşım edib.
“Cümhüriyyət Bayramımıza anlamlı dəstək verən qardaş Azərbaycanımıza səmimi qəlbdən təşəkkür edirik”, deyə paylaşımda bildirilir.