Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər.
“Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir.
Ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də “2 saniyə” qaydasıdır. Təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir”, – deyə müraciətdə vurğulanıb.
BNA-da bildirilib ki, agentlik hərəkət iştirakçılarının maarifləndirilməsi çərçivəsində növbəti maarifləndirici videoçarx hazırlayıb.