Bakı Neft Emalı Zavodunun modernizasiya layihəsini Avropanın aparıcı şirkətləri hazırlayıb – Emil Alxaslı

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ)
modernləşdirilmə layihəsi İtaliya, İspaniya və bir sıra digər
ölkələrin aparıcı şirkətləri tərəfindən hazırlanıb.

Trend-in məlumatına görə, bunu SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini Emil
Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması” layihəsinə həsr olunmuş
mətbuat konfransında deyib.

O bildirib ki, layihənin dövlət büdcəsi tərəfindən
maliyyələşdirilir.

“NEZ-də zəruri işlərin həyata keçirilməsi üçün maliyyələşmə
məsələləri ilə məşğul olan xüsusi komissiya, şura və digər
strukturlar mövcuddur”, – E.Alxaslı deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: