Bakı Neft Emalı Zavodunda çirkab suların təmizlənməsi qurğusu işə salınacaq (FOTO)

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) çirkab
suların təmizlənməsi qurğusunun 2022-ci ilin ikinci yarısında
istismara verilməsi planlaşdırılır.

Trend-in
məlumatına görə, bunu SOCAR-ın “Downstream Management” şirkətinin
Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı
deyib.

O bildirib ki, artıq Xəzərin Bakı akvatoriyasına müvafiq boru
xətləri çəkilib.

“Bu xətlərin ümumi uzunluğu 10 kilometr təşkil edir”, –
E.Alxaslı deyib.

O, həmçinin bildirib ki, qurğu suyu 80-100 faiz təmizləmək
gücündədir.

“Qurğunun işə salınması üçün sınaq və hazırlıq işləri görülür.
Avadanlığın gücü 750 kubmetr/saata bərabərdir”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: