Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli
Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı
Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava
limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidmətindən məlumat verilib.

Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş
edib.

“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra
Naxçıvana yola düşəcəklər”, – deyə məlumatda qeyd olunur.

Teqlər: