Bakı-Naxçıvan avtobusunu sürən İran vətəndaşı saxlanıldı

Bakı-Naxçıvan avtobusunu sürən İran vətəndaşı saxlanıldı

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

AzerTimes xəbər verir ki, saxlanılan İran vətəndaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Teqlər: