Bakı Musiqi Akademiyasından UNEC kollektivi üçün xüsusi konsert proqramı (FOTO)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibətilə UNEC kollektivi üçün akademiyanın təşəbbüsü ilə möhtəşəm konsert proqramı təşkil olunub.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan konsertdə UNEC rektoru professor Ədalət Muradovun Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təbriki səsləndirilib.

Sonra akademiyanın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və xalq artisti Murad Adıgözəlzadə fortepianoda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə G.Puççininin “Toska” operasından parça ifa ediblər.


Konsertdə xalq artisti Yalçın Adıgözəlzadə və əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə F.Əmirovun “Azərbaycan kapriççosu” ifa olunub. Xalq artistləri Samir Cəfərov, Murad Hüseynov, Yeganə Axundova, əməkdar artist İlham Nəzərovun ifasında simfonik musiqilər səsləndirilib.

Teqlər: