Bakı-Mumbay birbaşa aviareysi açıla bilər

Bakı-Mumbay birbaşa aviareysi açıla bilər

Azərbaycan və Hindistan arasında Bakı-Mumbay birbaşa aviareysinin açılması ilə bağlı danışıqlar aparılır.

AzerTimes xəbər verir ki, bu barədə iki ölkənin turizm imkanlarına həsr edilmiş B2B görüşündə bildirilib.

Xatırladaq ki, avqustun 9-dan Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq. Azərbaycan paytaxtından Yeni Dehliyə aviareys hər həftənin çərşənbə axşamı və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bu məsələdə AZAL-ın tərəfdaşı Hindistanın “Zeal Global Group” şirkətidir.

Teqlər: