Bakı müdafiəni yarıb Naxçıvana çata bilərdi – Felgenhauer

Bakı müdafiəni yarıb Naxçıvana çata bilərdi – Felgenhauer

Azərbaycan istəsəydi, Naxçıvana dəhliz açardı. Rəsmi Bakının müdafiəni yarıb Naxçıvana çatmaq imkanı var.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Prinsipcə, onlar bunu edə bilərlər. Amma bu, daha ciddi döyüşlərə, Azərbaycanla Rusiya arasında birbaşa qarşıdurmaya səbəb olardı. Çünki orada rus sərhədçiləri var. Baxmayaraq ki, onlardan yan keçmək olar, lakin istənilən halda bu, Rusiya ilə münaqişə ilə nəticələnə bilər. Azərbaycan, deyəsən, hələ buna hazır deyil”, – politoloq bildirib.

Felgenhauer İranın bu vəziyyəti ehtiyatla izlədiyini deyib:

“Tehran Ermənistanla yaxşı münasibətlərdədir. Bundan başqa, İsraillə yaxın hərbi-texniki əlaqələrə görə Azərbaycana İranda şübhə ilə yanaşılır. Lakin İranın bu proseslərə birbaşa hərbi müdaxiləsi inandırıcı deyil. Onların başqa problemləri var. Onlar üçün əsas ABŞ və İsraillə qarşıdurmadır”.

Teqlər: