Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır – Markov

Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır – Markov

Bakı Rusiya və Ukrayna arasında sülh danışıqları üçün ideal yer ola bilər.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Azərbaycandakı mühit buranı sülh danışıqları üçün cəlbedici məkan edə bilər:

“Həqiqətən neytral ölkə, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri, rusdilli mühiti, yaxşı infrastrukturu, yaxın uçuş məsafəsi, beynəlxalq forumların keçirilməsində böyük təcrübəsi var. Prezidenti ağıllı, və təcrübəli diplomatdır”.

Teqlər: