Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında öldü

Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında öldü

Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.

AzerTimes xəbər verir ki, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan səfərdən qayıdıb. Təyyarə Şeremetyevo hava limanına enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü pis hiss edib və boğulmağa başlayıb.

Daha sonra Yuri Z. huşunu itirib.

Təcili yardım briqadası gələnə kimi sərnişin artıq ölmüş olub.

Teqlər: