Azərbaycan Hava Yolları (AZAL) QSC-nin aviaşirkətinin Bakı-Moskva (“Vnukovo” aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
Bu barədə AzerTimes-a AZAL-dan bildirilib.
Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.